17 İyul 2024, 13:29
FUTBOL
Braziliya yığmasının və Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun futbolçusu Neymar məşqlərə başlayıb. Matc.az xəbər verir ki, uzun müddətdi zədədən əziyyət çəkən 32 yaşlı hücumçunun məşqlərə qayıdışı 9 ay sonra reallaşıb.
Neymar sol dizindəki çarpaz bağ və menisk yırtıldığı üçün ötən ilin oktyabrından yaşıl meydanlardan uzaq qalmışdı.
Qeyd edək ki, Neymar karyerası ərzində “Santos”, “Barselona” və PSJ klublarının da formasını geyinib.