"Barselona"nın futbolçusu Pablo Torre zədələnib. Matc.az xəbər verir ki, 21 yaşlı mərkəz yarımmüdafiəçisi məşqi zamanı sol əlinin beşinci metakarpal sümüyünü sındırıb.

Tibbi müayinədən keçdikdən sonra Torrenin əməliyyat olunacağı bildirilib.

Qeyd edək ki, Pablo Torre ötən mövsümü icarə əsasında “Jirona”da keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest