17 İyul 2024, 01:16
FUTBOL
“Əl-Hilal” ötən ilin oktyabrında çarpaz bağlarını qoparan 32 yaşlı hücumçu Neymarın yenidən yaşıl meydana qayıtdığını açıqlayıb.
Matc.az xəbər verir ki, klubun mətbuat xidməti “X” sosial şəbəkəsində “Neymar qayıdır” paylaşımını edib.
Xatırladaq ki, Neymar braziliyalıların 0:2 hesabı ilə uduzduğu Uruqvayla 2026-cı il dünya çempionatının seçmə oyunu zamanı ciddi zədə almışdı.
Neymar 2023-cü ilin yayında “Əl-Hilal”a keçib. Bu müddət ərzində o, bütün turnirlərdə beş matçda iştirak edib, bir qol vurub və üç məhsuldar ötürmə edib.