17 İyul 2024, 00:38
FUTBOL
“Atletiko” hücumçusu Alvaro Morata “Milan”a keçəcəyini təsdiqləyib.
Matc.az xəbər verir ki, o, bu barədə mətbuata açıqlamasında deyib.
“Mən tibbi müayinədən keçdikdən sonra, “Milan”a keçəcəyəm. Komanda yoldaşlarım, Dieqo Simeone, idarə heyəti ilə vidalaşdım.”
Qeyd edək ki, ötən mövsüm Morata Madrid klubunun heyətində 32 matçda 15 qol vurub və 4 məhsuldar ötürmə edib.