“Turan Tovuz"un təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərinin kimliyinə aydınlıq gəlib.

Yeni mövsümün hazırlıqlarının ikinci mərhələsini Türkiyədə davam etdirən “Turan Tovuz"un təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərinin kimliyinə aydınlıq gəlib. 

Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda iyulun 18-də Türkiyə birinci liqa təmsilçisi “Pendikspor”, 22-də isə  Superliqa təmsilçisi “Adana Dəmirspor”la qarşılaşacaq. 

Son yoxlama oyunu isə ayın 25-də olacaq. Kurban Berdıyevin komandası Türkiyə birinci liqa təmsilçisi “Kocaelispor”la üz-üzə gələcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest