“Sumqayıt” Türkiyədəki təlim-məşq toplanışında son yoxlama görüşündə qüvvəsini sınayıb.

Matc.az xəbər ki, Samir Abasovun yetirmələri “Adana Demirspor”la üz-üzə gəlib.

Türkiyə Superliqası təmsilçisi ilə qarşılaşmada qalib müəyyənləşməyib. 2:2 hesabı ilə başa çatan oyunda “Sumqayıt”ın qollarını yeni transferlər - Nikola Vuynoviç və Rəhim Sadıxov vurublar.

Qeyd edək ki, ilk yoxlama oyununda “Orenburq”a (1:2) uduzan “Gənclik şəhəri” təmsilçiləri “Gənclərbirliyi”nə (1:0) qalib gəliblər.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest