Bu gün “Real” azarkeşləri üçün xüsusi gündür.

Matc.az xəbər verir ki, axşam “Santyaqo Bernabeu”da Kilian Mbappenin Madrid klubunun futbolçusu kimi rəsmi təqdimatı ilə şou keçiriləcək.

Mbappe səhər saatlarında Madridə gedərək tibbi müayinədən keçib və bundan sonra müqavilə imzalanma mərasimi üçün klubun ofisinə yollanıb.

Gözlənildiyi kimi, Mbappe karyerasına “Real”da 9 nömrəli formada davam etdirəcək.

Mbappenin təqdimat mərasiminə keçmiş baş məşqçi Zinəddin Zidan da daxil olmaqla Madrid klubunun bir çox əfsanəsinin qatılacağı gözlənilir. Klub bu şou üçün 80 min biletin hamısını satmağı bacarıb.

Xatırladaq ki, Kilian Mbappe azad agent kimi PSJ-dən “Real” keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest