16 İyul 2024, 17:21
FUTBOL
“İngiltərə yığmasında oynamaq və onu çalışdırmaq mənim üçün şərəfdi. Baş məşqçi olduğum müddətdə də komanda üçün əlimdən gələni etdim. Artıq dəyişikliyin, karyeramda yeni səhifə açmağın vaxtıdı”. Matc.az xəbər verir ki, bunu İngiltərə yığmasından ayrılan Qaret Sautqeyt deyib.
O, istefa verməsi haqda danışıb: “102 matçda xeyli sayda futbolçuya rəhbərlik etmək şərəfinə nail oldum. Onların hər biri millinin formasını fəxrlə geyinib”.
Qeyd edək ki, Sautqeyt 2016-cı ildən İngiltərə yığmasını çalışdırırdı.