16 İyul 2024, 14:43
FUTBOL
Ninqa ilə klub arasındakı müqavilənin müddəti başa çatıb və onunla yeni sözləşmənin imzalanmasına ehtiyac duyulmayıb.
UEFA Konfrans Liqasında iştirak edəcək “Sumqayıt” klubunda növbəti ayrılıq yaşanıb. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.
Bildirilib ki, hücumçu Kasimir Ninqa ilə əməkdaşlığa son qoyulub. Futbolçu ilə “kimyaçılar” arasındakı müqavilənin müddəti başa çatıb və onunla yeni sözləşmənin imzalanmasına ehtiyac duyulmayıb.
Çadlı futbolçuya “Sumqayıt”a göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, Ninqaya qədər Erik Sorqa, Orxan Sadıqlı, Abu Dosso, Oktavio Manteka, Masaki Murata və Kamran Əliyev də "Sumqayıt"dan ayrılıb.