Konfrans Liqasının II təsnifat mərhələsində “Sabah”la qarşılaşacaq Hayfa “Makkabi”sinin transfer planı baş tutmur. Klub “Slask”ın hücumçusu Matias Nahuelin keçidini reallaşdırmaqda çətinlik çəkir.

Konfrans Liqasının II təsnifat mərhələsində “Sabah”la qarşılaşacaq Hayfa “Makkabi”sinin transfer planı baş tutmur. Matc.az İsrail mətbuatına istinadən xəbər verir ki, klub “Slask”ın hücumçusu Matias Nahuelin keçidini reallaşdırmaqda çətinlik çəkir.

Məsələ burasındadı ki, Polşa klubu ispaniyalı forvardı üçün 2 milyon avrodan çox tələb edib. Üstəlik, “Slask” rəhbərliyi Konfrans Liqasının II təsnifat mərhələsində “Riqa” ilə keçirəcəyi oyunlardan sonra 27 yaşlı futbolçusunun gedişinə razılıq verəcək. Bu da o deməkdi ki, “Makkabi” Nahueli alsa belə, o, “Sabah”la qarşılaşmaları buraxmalı olacaq.

Qeyd edək ki, “Sabah” “Makkabi” ilə ilk oyununu iyulun 25-də Budapeştdə, cavab görüşünü isə avqustun 1-də Bakıda keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest