15 İyul 2024, 21:00
FUTBOL
“Ayaks” hücumçu Bertran Traore ilə müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat paylaşıb.
28 yaşlı futbolçu Amsterdam komandası ilə 2 illik müqavilə bağlayıb.
Traore ötən mövsüm “Aston Villa” və “Vilyareal” komandalarında çıxış edib və sonda İspaniya klubundan azad agent statusunda ayrılıb.
Ötən mövsüm Traore cəmi 17 oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib.
Qeyd edək ki, Bertran Traore 2016/17 mövsümündə icarə əsasında “Ayaks”da oynayıb.