15 İyul 2024, 20:08
FUTBOL
“Barselona”nın uruqvaylı mərkəz müdafiəçisi Ronald Arauxo 4 aya yaxın yaşıl meydanlardan uzaq qalacaq.
Matc.az xəbər verir ki, futbolçu Amerika Kubokunun 1/4 final mərhələsinin Braziliya ilə matçında sonda diz nahiyəsindən zədə almışdı. Klub həkimləri ilə görüşdən sonra 25 yaşlı futbolçu əməliyyat olunmaq qərarına gəlib.
Rəsmi olaraq kataloniyalı həkimlər sağalma müddəti ilə bağlı heç nə demirlər, lakin orta hesabla bu əməliyyatdan sonra yaşıl meydanlara qayıtmaq üçün tələb olunan müddət 4 aydır. Bu o deməkdir ki, Arauxo avqust, sentyabr və oktyabr aylarında oynamayacaq.