Eddi Hay, Qrem Potter, Maurisio Poçettino və Tomas Tuçel İngiltərə millisinin baş məşqçisi vəzifəsində Qaret Sautqeyti əvəz edə biləcək mütəxəssislər arasındadır.

Matc.az xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” internet nəşri məlumat yayıb.

Bildirilir ki, İngiltərə Futbol Assosiasiyası (FA) Sautqeytin millini tərk etməməsini istəyir, lakin onun gələcək taleyi ilə bağlı qərarı Sautqeyt özü verəcək.

Xatırladaq ki, iyulun 14-də AVRO-2024-ün final oyununda İspaniya İngiltərə yığmasına 2:1 hesabı ilə qalib gələrək dördüncü dəfə Avropa çempionu olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest