15 İyul 2024, 18:16
FUTBOL
“Bavariya”nın və “Liverpul”un sabiq futbolçusu, hazırda isə “Çikaqo Fayr”ın futbolçusu Xerdan Şaqiri İsveçrə millisində karyerasını başa vurduğunu açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə cinah müdafiəçisi “X” sosial şəbəkəsində yazıb.
“Yeddi turnir, çoxlu qollar, İsveçrə millisində 14 il və unudulmaz anlar. Komanda ilə vidalaşmağın vaxtıdır. Mənimlə gözəl xatirələrim qalacaq, hamınıza təşəkkür edirəm!”
Xatırladaq ki, AVRO-2024-ün qrup mərhələsinin 2-ci turunun Şotlandiya ilə oyununda qol vuran Şaqiri dünya və Avropa çempionatında ən azı beş qol vuran yeddi futbolçudan biri olub. O, 2010-cu ildə milli komandada oynamağa başlayıb. 32 yaşlı vinger 2022-ci ildən “Çikaqo Fayr”da çıxış edir.