2024-cü il Avropa çempionatının ən yaxşı hücumçularından biri, Gürcüstan millisinin futbolçusu Georges Mikautadze karyerasını “Monako”da davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano paylaşıb.

Bildirilir ki, artıq tərəflər arasında şifahi razılıq əldə edilib. Şənbə günü müqavilələri imzalamaq üçün Monakoya səfər planlaşdırılır. Transferin dəyəri 20 milyon avrodur. Həm də bu, uzunmüddətli müqavilə olacaq.

Qeyd edək ki, Gürcüstan millisinin hücumçusu AVRO-2024-də dörd oyunda üç qol və bir məhsuldar ötürmə edərək bir çox Avropa klubunun diqqət mərkəzinə düşməyi bacarıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest