Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu portuqaliyalı hücumçu Kriştiano Ronaldonun nümayəndələri ilə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayıb.
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu portuqaliyalı hücumçu Kriştiano Ronaldonun nümayəndələri ilə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Ben Yakobs sosial şəbəkələrdə paylaşıb.
Bildirilir ki, yeni müqavilə 2026-cı ilə qədər qüvvədə olacaq.
Xatırladaq ki, 39 yaşlı Ronaldo beş dəfə “Qızıl top”u qazanıb, beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu və Millətlər Liqasının qalibidir. Ronaldo karyerası ərzində “Real”, “Mançester Yunayted”, “Yuventus” və “Sportinq” klublarında çıxış edib. Futbolçu 2023-cü ildən karyerasını Səudiyyə Ərəbistanında davam etdirir.