“Çelsi” “Bazel”dən 20 yaşlı yarımmüdafiəçi Renato Veyqanı transfer edib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı futbolçu ilə 7+1 illik müqavilə imzalanıb. Transfer qiyməti açıqlanmasa da, “Transfermarkt” “Bazel”in Veyqa üçün 14 milyon avro alacağı bildirir.

Qeyd edək ki, 2023/24 mövsümündə Veyqa klub səviyyəsində 26 oyun keçirib, 2 qol vurub və 1 qolun ötürməsini verib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest