12 İyul 2024, 19:55
FUTBOL
İtaliya A Seriyasının hazırkı çempionu “İnter” baş məşqçisi Simone İnzaqi ilə müqaviləni uzatmaq qərarına gəlib.
Matc.az xəbər verir ki, yeni müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Maliyyə şərtləri açıqlanmayıb. Bununla belə, 48 yaşlı italiyalının məvacibi mövsümdə 6,5 milyon avro olacaq ki, bu da onu A Seriyasında ən çox maaş alan məşqçi edəcək.
Qeyd edək ki, İnzaqi 2021-ci ilin iyunundan “İnter”i çalışdırır. O, klubla birlikdə İtaliya çempionu olub, iki dəfə kubok, üç dəfə Superkubok qazanıb, Çempionlar Liqasının finalına yüksəlib.