“Mançester Yunayted” futbolçusu Conni Evansla müqaviləsinin vaxtını uzadıb.

Matc.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

36 yaşlı mərkəz müdafiəçisi ilə sözləşmə 2025-ci ilin iyun ayının 30-na qədər nəzərdə tutulub.

Xatırladaq ki, Evans “Vest Bromviç” və “Lester”də səkkiz il keçirdikdən sonra ötən yay “Mançester Yunayted”ə qayıdıb və bütün turnirlərdə 30 oyunda iştirak edib, bir məhsuldar ötürmə verib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest