İspaniya Kral Futbol Federasiyası (RFEF) baş məşqçisi Luis De La Fuente ilə müqaviləni 2028-ci ilə qədər uzatmaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı “AS” paylaşıb.
Bildirilir ki, İspaniya millisinin İngiltərə ilə oynayacağı AVRO-2024 finalının necə bitməsindən asılı olmayaraq, RFEF De La Fuente ilə müqaviləni uzatmaq niyyətindədir. Bundan əlavə, qurum 2024-cü il Avropa çempionatının final qarşılaşmasının start fitindən əvvəl 63 yaşlı mütəxəssisdən cavab almaq istəyir.
63 yaşlı mütəxəssislə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Xatırladaq ki, De La Fuente 2023-cü ilin yanvarında İspaniya millisinə baş məşqçi təyin olunub.
İspaniya və İngiltərə yığmaları arasında qarşılaşma Berlindəki Olimpiya stadionunda baş tutacaq. Hakimin start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.