“Mançester Siti”nin müdafiəçisi Serxio Qomes karyerasını “Real Sosyed”da davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə “şəhərlilərr”in mətbuat xidməti məlumat yayıb.

Futbolçunun İspaniya klubu ilə müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalı bu transferi 9 milyon avro qiymətləndirir.

Qeyd edək ki, ümumilikdə Qomez İngiltərə klubunun heyətində bütün turnirlərdə 38 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest