12 İyul 2024, 17:50
FUTBOL
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik futbolçulara yeni tələb irəli sürüb. Matc.az xəbər verir ki, o, standart müayinə proqramına diş həkimi tərəfindən yoxlanılmağı da daxil edib.
Məsələ burasındadı ki, Flik vacib oyunlardan əvvəl heç bir oyunçunun diş ağrısı çəkməsini istəmir.
Qeyd edək ki, “British Journal of Sports Medicine” bu yaxınlarda diş problemləri ilə zədələr arasında əlaqə tapıb. Məlum olub ki, bir insanın dişləmə ilə bağlı problemi varsa, zəif çeynəyir, bu isə qida maddələrinin əzələlərə çatdırılmasına mənfi təsir göstərir.