2023/24 mövsümündə Azərbaycan I Liqasında iştirak etmiş "İrəvan" komandası AFFA-nın bayrağı altında keçirilən bütün yarışlardan uzaqlaşdırılıb. Matc.az xəbər verir ki, bu barədə qurumun icraçı-vitse prezidenti Sərxan Hacıyev məlumat verib.

O, İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərə açıqlamasında "İrəvan"la bağlı yekun qərarı çatdırıb. Əsas səbəblər qeyri-sabitlik və maliyyə, həmçinin danışılmış oyunlarla bağlı olan ciddi problemlərdi.

"İrəvan"ı hansı komandanın əvəzləyəcəyi ilə bağlı Peşəkar Futbol Liqası ilə danışıqlar aparılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest