UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Sabah” (Azərbaycan) - "Makkabi" (Hayfa, İsrail) qarşılaşmasının biletləri bu gün saat 19:00-dan etibarən satışa çıxarılacaq. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, “Sabah”ın avrokuboklarda ev oyununu stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə “iticket.az” saytından əldə edə bilərlər.
"Bank Respublika Arena"nın kassalarında və başqa satış məntəqələrində bilet satışlarına da qarşıdakı günlərdə başlanması nəzərdə tutulub.
Bilet almaq üçün (https://iticket.az/.../sport/sabah-fk-maccabi-haifa/122973) linkinə daxil ola bilərsiniz.
Qeyd edək ki, “Sabah” – "Makkabi" matçı avqustun 1-də, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.