12 İyul 2024, 13:42
FUTBOL
“Barselona”nın müdafiəçisi Aleks Balde yeni mövsümə hazır olacaq. Matc.az xəbər verir ki, gənc müdafiəçi zədəsini tam sağaldıb.
O, yeni baş məşqçi Hansi Flikin rəhbərliyi altında ilk məşqdə komanda yoldaşları ilə birlikdə çalışıb və bud zədəsindən sağaldığını göstərib. Sol cinah müdafiəçisinin yeni mövsümdə əsas heyət üzvü olması və La Liqanın ilk turuna hazır olması gözlənilir.
Qeyd edək ki, Aleks Balde yanvarda zədələnərək əməliyyat olunub və həmin vaxtdan heç bir oyunda iştirak etmir.