“Mançester Yunayted” “Everton”un müdafiəçisi Jarred Brantueytin keçidində israrlıdı. Matc.az xəbər verir ki, “qırmızı şeytanlar” 22 yaşlı futbolçu üçün ikinci dəfə qarşı tərəfin qapısını döyüb.

İlk cəhdində 35 milyon funt-sterlinqlik təklifinə rədd cavabı alan Premyer Liqa nəhəngi bu dəfə məbləği 45+5 milyon funt-sterlinqə yüksəldib. Lakin liverpullular növbəti dəfə razılıq verməyib. “Everton” rəhbərliyi gənc oyunçusunun satışından 65-70 milyonluq gəlir götürməyi planlaşdırır. Lakin “Mançester Yunayted” üçüncü dəfə təklif göndərib-göndərməmək barədə qərarını verməyib.

Qeyd edək ki, Jarred Brantueyt ötən mövsüm Premyer Liqanın 35 oyununda 3 qol vurub, 8 sarı vərəqə alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest