“Olimpiakos” Afinada keçirilən Konfrans Liqasının final oyununda “Fiorentina”nı 1:0 hesabı ilə məğlub edərək titula yiyələnib. Matc.az xəbər verir ki, bununla 22 ildən sonra ilk dəfə hansısa komanda öz ölkəsində baş tutan final qarşılaşmasının qalibi olub.

Sonuncu dəfə 2002-ci ildə “Feyenord” Rotterdamdakı doğma arenasında UEFA Kubokunu qazanmışdı.

“Olimpiakos”un hücumçusu Ayub El-Kaabi isə avrokubokların pley-off mərhələsində qol rekordu qırıb. O, 9 görüşdə 11 qol vuraraq Konfrans Liqasının bombardiri olub. El Kaabi UEFA turnirinin pley-off mərhələsində bu göstəriciyə çatan ilk şəxs olub.

Kriştiano Ronaldo 2017-ci ildə Çempionlar Liqasının pley-off mərhələsində, Kərim Benzema isə 2022-ci ildə eyni turnirdə 10 qol vurmağı bacarıb. Avropa Liqasında Radamel Falkao bunu 2011-ci ildə reallaşdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest