Avropa Liqasının qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, Avropanın ikinci dərəcəli klub turnirinin final oyununda Almaniya “Bayer”i ilə İtaliya təmsilçisi “Atalanta” üz-üzə gəlib.

Həlledici qarşılaşmada “Atalanta” rəqibini üç cavabsız qolla məğlub edərək çempionluğa sevinib.

Bununla da, cari mövsümdə heç bir turnirdə məğlubiyyət üzü görməyən Almaniya təmsilçisinin uğurlu seriyansına son verilib.

Avropa Liqası
Final
22 may

“Atalanta” (İtaliya) – “Bayer” (Almaniya) - 3:0 

Qollar: Lukman, 12, 26, 76

Dublin, “Aviva” stadionu. Baş hakim: İstvan Kovaç (Rumıniya)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest