İngiltərə Premyer Liqasının 38-ci turunun “Liverpul” – “Vulverhempton” oyununda mövsümün 1223-cü qolu vurulub. Matc.az xəbər verir ki, həmin qolun müəllifi meydan sahiblərinin müdafiəçisi Jarell Kuansa olub.

Bu, Premyer Liqanın bütün tarixi üçün yeni performans rekordudu. Əvvəllər ən məhsuldar mövsüm (1222 qol) yarışda 22 komandanın iştirak etdiyi 1992-93 mövsümü olub.

Qeyd edək ki, Premyer Liqa çempionu “Mançester Siti” olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest