Cədvələ “Mançester Siti” başçılıq edir. İngiltərə çempionu ötən ay keçirdiyi görüşlərdə 68 reytinq xalı toplayıb.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya reytinqinə əsasən, aprelin ən yaxşı klublarını açıqlayıb. Matc.az xəbər verir ki, siyahıya ən çox xal toplayan 5 komansa salınıb.

Cədvələ “Mançester Siti” başçılıq edir. İngiltərə çempionu ötən ay keçirdiyi görüşlərdə 68 reytinq xalı toplayıb. “Atletiko Mineyro” (Braziliya – 66 xal) 2-ci, “Bayer” (Almaniya – 60) 3-cü, “Bavariya” (Almaniya – 58) 4-cü, “River Pleyt” (Argentina – 56) isə 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 2024-cü ilin yanvarında “Yuventus” (İtaliya), fevralında “Feyenord” (Niderland), martında isə “Milan” (İtaliya) ən yaxşı olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest