“Bayer” məğlubiyyətsizlik seriyasını 49 oyuna çatdırıb. Matc.az xəbər verir ki, Almaniya klubu son olaraq Avropa Liqasının yarımfinal mərhələsində “Roma” ilə qarşılaşmada 2:2 hesablı bərabərə qalıb.

Leverkuzenlilər bununla Avropada “Benfika”ya məxsus bütün turnirlərdəki məğlubiyyətsizlik seriyasını yeniləyib. Portuqaliya təmsilçisi 59 il əvvəl - 22 dekabr 1963 - 7 fevral 1965-ci il tarixləri aralığında bütün rəsmi yarışlarda ardıcıl 48 matçda uduzmamışdı.

Qeyd edək ki, Bundesliqa çempionluğunu rəsmiləşdirən “Bayer” həm Avropa Liqasında, həm də Almaniya Kubokunda finalda oynayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest