Millətlər Liqasında Azərbaycan yığması ilə eyni qrupda yer alan Slovakiya iyunda Rusiya ilə yoldaşlıq görüşü keçirməyəcək. Matc.az xəbər verir ki, bunu Slovakiya Futbol Assosiasiyasının mətbuat xidməti yayıb.

Bildirilib ki, milli komandalar arasında yoldaşlıq görüşünün keçirilməsi ilə bağlı tərəflər danışıq aparmırlar. Ancaq daha əvvəl Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofanov bu matçın baş tutmasını istisna etməmişdi.

Qeyd edək ki, Rusiya yığması iyunun 7-də Minskdə Belarusla qarşılaşacaq. Görüş FİFA reytinqində nəzərə alınacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest