PSJ rəhbərliyi komandanın baş məşqçisi Luis Enrike ilə bağlı qərarını açıqlayıb. Matc.az xəbər verir ki, Paris klubu ispaniyalı mütəxəssislə əməkdaşlığı davam etdirməyi lazım bilib.

PSJ-nin Çempionlar Liqasında finala çıxa bilməməsindən sonra Luis Enrikenin postundan göndəriləcəyi haqda məlumatlar yayılmışdı. Ancaq Fransa təmsilçisi 54 yaşlı çalışdırıcının işindən narazı deyil. PSJ rəhbərliyinin fikrincə, Luis Enrike kluba çoxlu nailiyyətlər qazandıracaq.

Qeyd edək ki, Luis Enrike PSJ-ni ötən ildən çalışdırır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest