Portuqaliyalı baş məşqçi Joze Mourinyo şans veriləcəyi təqdirdə yenidən “Mançester Yunayted”ə rəhbərlik etməyə hazırdır.
 
Matc.az xəbər verir ki, bu barədə "Manchester Evening News" məlumat yayıb. Mourinyo bu mövsüm “Mançester Yunayted”in sahibi olmuş ser Jim Ratcliffe ilə əla münasibətdədir. Buna baxmayaraq mütəxəssis belə bir təklif almayacağına inanır.
 
Qeyd edək ki, portuqaliyalı 2016-2018-ci illərdə “Mançester Yunayted”i çalışdırıb, komanda ilə Avropa Liqası, İngiltərə Superkuboku və İngiltərə Liqa Kubokunu qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest