“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemironun klubla yolları ayrıla bilər. Matc.az xəbər verir ki, braziliyalı futbolçu Səudiyyə Ərəbistanına köçə bilər.

32 yaşlı futbolçunun adı superulduz Kriştianu Ronaldonun da formasını geyindiyi “Əl-Nəsr” ilə birgə hallanır. “Mançester Yunayted” rəhbərliyi də bu keçidin baş tutmasına qarşı deyil. “Mankunianlar” Kazemironu ərəblərə satmağa razıdılar. “Sambaçı”nı heyətinə qatmaq istəyən “Əl-Nəsr” klubu bu keçid üçün 35 milyon avro xərcləməlidi.

Qeyd edək ki, Kazemiro “Mançester Yunayted”ə 2022-ci ildə Madrid “Real”ından transfer olunub. O, İngiltərə Premyer Liqasının cari mövsümündə 21 oyunda 1 qola imza atıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest