“Barselona”nın baş məşqçisi Xavi komandanın İspaniya çempionatında göstərdiyi nəticəyə əsasən mövsümün sonunda qovulmaq riski ilə üzləşib. Matc.az xəbər verir ki, Kataloniya klubu La Liqanın ötən turunda 2-ci yer uğrunda mübarizədəki əsas rəqibi “Jirona”ya 2:4 hesabı ilə məğlub olub.

“Barsa”nın yekun nəticəsi ikinci pillədən aşağı olarsa, rəhbərlik 44 yaşlı mütəxəssisi istefaya göndərmək qərarına gələ bilər.

Qeyd edək ki, Xavi yanvarda postundan ayrılacağını açıqlasa da, ötən ay vəzifəsində qalacağını bildirib. “Barselona” mövsümün sonuna 4 tur qalmış 3-cü pillədə yer alır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest