Azərbaycan millisinin baş məşqçisi postuna daha bir namizəd müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

İddiaya görə, AFFA Türkiyə millisinin sabiq baş məşqçisi Ştefan Kuntsun xidmətində maraqlıdı. Maraqlıdı ki, 62 yaşlı mütəxəssis yayda Tomas Tuxellə yollarını ayıracaq “Bavariya”da da namizədlərdən sayılır. Ancaq Kunts klubda işləmək fikrindən uzaqdı.

Yığmada işləmək arzusunda olan almaniyalı çalışdırıcının Azərbaycan və Kanada arasında seçim edəcəyi iddia olunub.

Qeyd edək ki, Stefan Kunts son olaraq 2021-2023-cü illərdə Türkiyə yığmasına rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest