Bu gün futzal üzrə Azərbaycan Kubokunda 2023-24 mövsümünün final oyunu keçirilib. Matc.az xəbər verir ki, həlledici qarşılaşmada “Araz-Naxçıvan” və “Baku Fire” komandaları üz-üzə gəlib.

Bakı İdman Sarayında təşkil olunan görüşün əsas və əlavə vaxtı 5:5 hesabı ilə tamamlanıb. Belə olan təqdirdə, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq (5:4) olan "Araz-Naxçıvan" ölkə kubokuna sahib çıxıb. Bununla ölkə çempionu 15 illik kubok həsrətinə son qoyaraq, mövsümü "qızıl dubl" ilə tamamlayıb.

Azərbaycan Kuboku

Final

7 may

“Araz-Naxçıvan” – “Baku Fire” 5:5 (penaltilər seriyası - 5:4)

Qollar: Amadeu, 3:20, Andre Junior, 6:43, Kamran Hacıyev, 11:35 (ö/q), Xəzər Ağalızadə, 29:00, Lukas Romao, 33:29 - Kənan Manafov, 10:25, Tofiq Mikayılov, 13:56, İaqo Henrique, 19:09, Oktay Rüstəmli, 20:15, Elvin Quliyev, 23:23

Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Kənan Məlikov

Hakim-inspektor: Ramiz Əsədov

Bakı İdman Sarayı

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest