"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq klub rəhbərliyindən komandanı gücləndirməyi xahiş edib.
 
Matc.az xəbər verir ki, bu barədə niderlandlı mütəxəssis komandanın funksionerlərinə müraciət ünvanlayıb:
 
"Heyəti gücləndirmək komanda qurmağın mərhələlərindən biridir ki, bizə daha uğurlu çıxışlar lazımdır və bunun üçün daha dərin heyət lazımdır.
 
Əsas odur ki, futbolçular zədələrdən sonra qayıtsınlar. Bir çox mövqeləri gücləndirə bilsək, heyətdə dərinliyə sahib olacağıq.
 
İndi bəzi mövqelərdə seçimimiz yoxdur. Sol cinah müdafiəçisi Şou bu mövsüm cəmi 15 oyuna çıxıb, Malaziya isə ümumiyyətlə oynamayıb".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest