“Bavariya”nın hücumçusu Tomas Müller Çempionlar Liqasının yarımfinal mərhələsində “Real”la keçiriləcək cavab oyunu ilə bağlı gözləntilərini bölüşüb. Matc.az xəbər verir ki, ulduz futbolçu bərabər səviyyəli iki komandanın mübarizə aparacağını bildirib.

O, qalib gəlməyin yollarını da açıqalyıb: “Real” çox təhlükəlidi. Amma onlarla bərabər səviyyədə oyun olacaq. Futbolda ələ düşən imkanlardan yararlanmaq vacibdi. Biz ələ düşən şansları qaçırsaq, uduzmuş olarıq”.

Qeyd edək ki, komandalar arasında cavab görüşü mayın 8-də Madriddə olacaq. Münhendəki ilk matçda bərabərlik (2:2) qeydə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest