“Bayer” cari Bundesliqa mövsümündə 82 qol vuraraq yeni klub rekorduna imza atıb. Matc.az xəbər verir ki, Xabi Alonsonun yetirmələri Bundesliqanın XXXII turunda səfərdə “Ayntraxt”ı darmadağın edib - 5:1.

Mövsümdəki qol sayını 82-yə çatdıran leverkuzenlilər Almaniya çempionatında klub rekordunu müəyyənləşdirib. Bu baxımdan Bundesliqa rekordu “Bavariya”ya məxsusdu. Münhen təmsilçisi 1971-72 mövsümündə rəqib qapılarından 101 top keçirib.

Bundan əlavə, “Bayer” məğlubiyyətsizlik seriyasını 48 matça çatdırıb. Bu da Avropanın “böyük beşlik” ölkələri üçün rekord göstəricidi. Alonsonun kollektivi 1963-cü ilin dekabrından 1965-ci ilin fevralına kimi məğlubiyyətsiz qalan “Benfika”nın da rekordunu təkrarlayıb.

Qeyd edək ki, Almaniya Bundesliqasında çempionluğu rəsmiləşdirən “Bayer” Avropa Liqasının yarımfinalında, Almaniya Kubokunun isə finalındadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest