“Qəbələ” Azərbaycan Premyer Liqasının XXXIII turunun bağlanış oyununda bu gün “Səbail”in qonağı olacaq. Matc.az xəbər verir ki, “qırmızı-qaralar” səfər görüşünə ideal heyətlə çıxa bilməyəcək.

Çünki komandanın üç üzvü kollektivdən ayrı qalıb. Ülvi İsgəndərov hələ də hazırlıqlara qatılmayıb. Lukas Afriko ilə Murad Musayev isə fərdi məşqlə kifayətlənirlər. Onlar bugünkü qarşılaşmanı buraxacaq.

Qeyd edək ki, “ASCO Arena”da keçiriləcək matç saat 19:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest