MLS-in adi mövsümündə “İnter Mayami” və “Nyu York Red Bullz” komandaları arasında qarşılaşma baş tutub.
 
Matc.az xəbər verir ki, görüş Mayami təmsilçisinin 6:2 hesablı qələbəsi ilə başa çatıb. Matçın əsas qəhrəmanlarından biri "İnter Mayami"nin kapitanı Lionel Messi olub. Argentinalı 1 qol və 5 məhsuldar ötürməsi ilə yadda qalıb.
 
O, MLS tarixində 1 oyunda 5 məhsuldar ötürmə edən ilk oyunçu olub. O, həm də liqada 1 matçda 6 xal (qol+assistent) qazanan ilk oyunçu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest