04 May 2024, 22:47
FUTBOL
“Qarabağ” Bəhlul Mustafazadə ilə yeni müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, 27 yaşlı müdafiəçi ilə anlaşma daha 3 il müddətinə uzadılıb.
Bəhlul Mustafazadə 2027-ci ilin yayına qədər “Qarabağ”da forma geyinəcək.
Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinən futbolçu 2021-ci ildən Ağdam klubunda oynayır.