“Asan şəkildə məğlub olduq. Səhvlərimiz kifayət qədər çox idi. Qırmızı vərəqədən sonra aydın idi ki, böyükhesablı məğlubiyyət olacaq”.

"Neftçi" Azərbaycan Premyer Liqasının 33-cü turunda səfərdə "Qarabağ"a 0:5 hesabı ilə məğlub olub.

Matc.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Miodraq Bojoviç oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Məyusam, hesab bizi qane edə bilməz. Azarkeşlərdən üzr istəyirəm. Asan şəkildə məğlub olduq. Səhvlərimiz kifayət qədər çox idi. Qırmızı vərəqədən sonra aydın idi ki, böyükhesablı məğlubiyyət olacaq.

- Bu gün azarkeşləriniz də gəlmişdi. Niyə belə hesab oldu?

- Hər oyuna rəqibdən asılı olmayaraq qələbə üçün çıxırıq. Bu gün rəqibimiz "Qarabağ" idi. Onların "Sabah" və "Sumqayıt"la oyunlarına baxdıqdan sonra düşüncələrimiz var idi. Amma haqlısınız. Bu gün azarkeşlər tribunada idilər. Biz isə yox. Oyunu təhlil etdikdən sonra dərs çıxaracağıq.

- Oyun planınız nə idi? Nələr etmək istəyirdiz, nələr alınmadı?

- Pressinq etməyə çalışırdıq. "Sabah" və "Sumqayıt"la oyunlarda rəqibin mərkəzdə boşluqlar verdiyini görmüşdük. Amma bu gün fərqli "Qarabağ" meydanda idi. Çempionatın əvvəlində onların oyunu başqa idi. Biz də düşündük ki, bundan istifadə edə biləcəyik. Amma erkən qol buraxdıq. Bundan sonra düşündüyümüzü etmək çox çətin idi.

- "Qarabağ"dan 4 oyunda 17 qol buraxmısız. Günah sizdədir, yoxsa futbolçulard?

- Həmişə rekordlar və anti-rekordlar var. Bizim üçün 0:1 ilə 0:5 hesabının fərqi yoxdur. Biz məğlub olduq. Mənim nüfuzuma gəldikdə, məncə, mənfi nəsə olmayacaq. Tərcümeyi-halımda yazılacaq ki, "Neftçi"nin baş məşqçisi idim. Qarşıda bizi 3 tur gözləyir. Sonda nəticəyə baxacağıq.

- Bildirdiz ki, "Qarabağ" "Sabah" və "Sumqayıt"a qarşı başqa cür oynamışdı. Bu gün fərqli oynamaqlarının səbəbi rəqibin "Neftçi" olması idi?

- "Qarabağ" "Sumqayıt"a qarşı yaxşı oynayırdı. Hakim amili də var idi. 90+5-ci dəqiqədə"Qarabağ"ın penaltisi verilmədi. Bundan əlavə"Qarabağ" həmin matçda bizə qarşı olduğu kimi müdafiə olunmurdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest