17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ikinci oyununu keçirəcək.
 
Matc.az xəbər verir ki,millimiz Bakı vaxtı ilə saat 13:00-da ABFF Təlim-Məşq Mərkəzində Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
 
Turun digər görüşündə Belarus və Türkiyə komandaları üz-üzə gələcəklər.
 
Qeyd edək ki, U-17 ilk oyununda Belarus yığmasına 1:3 hesabı ilə məğlub olub. Qazaxıstan kollektivi isə Türkiyə komandasına 0:5 hesabı ilə uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest