Marko Roys 12 ildən sonra "Borussiya"nı tərk edir.
 
Matc.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi və Dortmund klubu mövsümün sonunda müqaviləni yeniləməyəcək.
 
Roys “Borussiya”da gənclər səviyyəsində çıxış edib və 2012-ci ildə tam peşəkar oyunçu kimi kluba qayıdıb. Marko 424 oyun keçirib, 168 qol vurub və 128 məhsuldar ötürmə edib.
 
"Borussiya"nın tərkibində Roys 2 dəfə Almaniya kubokunu və 3 dəfə ölkə Superkubokunu qazanıb. O, Almaniyada 2 dəfə (2012, 2019) ilin oyunçusu seçilib və 3 dəfə Bundesliqanın ən yaxşısı olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest