03 May 2024, 18:45
FUTBOL
Konfrans Liqasının 1/2 final mərhələsinin “Aston Villa” və “Olimpiakos” arasında ilk oyun baş tutub.
Matc.az xəbər verir ki, görüş Yunanıstan klubunun 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. İkinci hissənin başlanğıcı bir neçə dəqiqə gecikib. Buna səbəb birmingemli azarkeşlərdən birinin infarkt keçirməsi olub. Zərərçəkmiş xərəkdə tribunadan çıxarılaraq xəstəxanaya göndərilib.
Qeyd edək ki, "Olimpiakos" və "Aston Villa" arasında cavab oyunu mayın 9-da keçiriləcək.