Azərbaycan Premyer Liqasının XXXIII turunun mərkəzi oyunu “Qarabağ” və “Neftçi” arasında keçiriləcək. Matc.az xəbər verir ki, əzəli rəqiblərin ölkə çempionatlarında buvaxtadək baş tutan görüşlərində Ağdam klubunun üstünlüyü var.

Azərbaycan birinciliyində 95-ci dəfə üz-üzə gələcək rəqiblərin əvvəlki 94 oyununun 40-da “Qarabağ” qələbəni bayram edib. “Neftçi” bu duellərdə 23 qalibiyyət əldə etdiyi halda, 31 matç heç-heçə nəticələnib. Vurulan qolların nisbətinə görə də “köhlən atlılar” “Neftçi”ni qabaqlayırlar - 124:84.

Maraqlıdı ki, “Neftçi” ölkə çempionatında “Qarabağ”la keçirdiyi son 11 oyunda qələbə üzünə həsrət qalıb və bu görüşlərin 10-da meydanı məğlub tərk edib. Sonuncu dəfə 2021-ci ilin mayında Ağdam klubuna qalib gələn “Neftçi” cari mövsümdə kubok oyunları da daxil olmaqla, 6-cı dəfə “Qarabağ”la üz-üzə gələcək.

Bu sezon keçirdikləri 5 oyunun hamısında “ağ-qaralar” meydanı məğlub tərk ediblər. Premyer Liqanın ilk və ikinci dövrəsində “Neftçi”ni 2:0, üçüncü dövrəsində 4:1 hesabı ilə üstələyən “Qarabağ” kubok matçlarında da rəqibinə şans verməyib - 4:0, 4:1.

“Qarabağ” cari mövsümdə 5 oyunda ümumilikdə 16 qol vurduğu halda, “Neftçi” cəmi 2 dəfə rəqib qapısına yol tapıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest