“Xəzri” ilə pley-offun ilk turunda keçirəcəyimiz oyuna hazırlaşırıq. Azarkeşlər iki güclü komandanın matçını izləyəcəklər”. Matc.az xəbər verir ki, bunu “Sərhədçi”nin baş məşqçisi Evren Alkaya deyib.

“Sərhədçi” Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin ilk turu çərçivəsində bu gün, saat 19:30-da “Xəzri” ilə üz-üzə gələcək. Alkayanın sözlərinə görə, hər iki tərəf turu keçməyi arzulayır: “Hər iki tərəf yaxşı mövsüm keçirib. Rəqib heyətindəki zədəli oyunçulara görə bəzi dəyişikliklərə gedə bilər. Həm hücum planında, həm də müdafiədə dəyişikliklərə hazır olmalıyıq. Məşqlərdə etdiyimiz hər şeyi meydanda göstərməyə çalışacağıq”.

Alkaya bildirib ki, komandası çempionluğa köklənib: “Çempion olmaq istəyirik, bütün oyunçularımız yüksək motivasiyadadır. Azarkeşlərin də zövq alacağı yaxşı oyunla qələbə qazanacağımıza ümid edirəm”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest